Dünya çempionatı: Bayramov gümüş medal qazanıb, Əliyeva 5-ci olub

Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 52 kq-da yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiaye ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən qızıl xal bölümünə keçilib. Burada ipponla uduzan Əliyeva 5-ci yeri tutub.

Azərbaycan cüdoçusu Turan Bayramov final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə ipponla uduzan Bayramov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.