Dünya çempionatı: Bu gün daha bir cüdoçumuz mübarizəyə qatılır

Bu gün daha bir cüdoçumuz Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, Zelim Tçkayev (81 kq) tatami üzərinə çıxacaq.

O, Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə 1/16 finalda üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı yarışda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir.

Cüdoçularımız həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaqlar.

Komandamızın aktivində hələ ki, medal yoxdur.