Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.

O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.