Dünya çempionatı: Vüqar Talıbov məğlub olub, Elcan Hacıyev 1/8 finalda

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün seçmə komandanın daha iki idmançısı mübarizəyə qoşulub.

Dünya çempionatı
Kişilər
90 kq

Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib və məğlubiyyətə üzülüb.

İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çenlə (Çin Taypeyi) üz-üzə gələcək.

Qeyd edək ki, cüdoçularımızdan hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.