Dünya çempionu silaha sarıldı
Ukraynanın məşhur cüdoçusu, dünya çempionu Georgi Zantaraya da ölkəsinin müdafiəsinə qalxıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı idmançı özünün "İnstaqram" hesabında ölkə bayrağı və gerbi fonunda avtomat göstərib.
O, paylaşımda hazırda paytaxt Kiyevdə olduğunu və sonadək mübarizə aparacağını yazıb.
Qeyd edək ki, Zantaraya 2009-cu ildə dünya, 2011 və 2017-ci illərdə isə Avropa çempionu adına layiq görülüb.
