Dünya çempionundan Bərdəyə dəstək

Türkiyə seçməsinin azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Sportline.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. O, həmçinin Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.