Eddi İsrafilov: "Keçmişdə olanları unutmaq lazımdır"
“Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq".
Sportline.az xəbər verir ki, bu sözləri millimizin üzvü Eddi İsrafilov Malta ilə sabah keçiriləcək yoxlama oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, 5 illik fasilədən sonra yenidən milliyə qayıtdığı üçün xoşbəxt oldunuğu bildirib: "Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.