Ederson getsə, Kosta gələcək

"Mançester Siti" brazilyalı qapıçısı Edersonla yollarını ayırmaq qərarına gəlib.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Edersonun yerinə "Porto"nun kiperi Dioqo Kostanı heyətə cəlb etməyi düşünür.

25 yaşlı futbolçu üçün Portuqaliya klubu 50 milyon avro tələb edir.

Qeyd edək ki, Kostanın "Porto" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.