Edinson Kavani milli komanda karyerasını başa vurub
Edinson Kavani Uruqvay millisindən ayrıldığını açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, karyerasını Argentinanın “Boka Xuniors” komandasında davam etdirən 37 yaşlı futbolçu sosial media hesabından etdiyi paylaşımında millidən ayrıldığını bildirib və indiyədək ona dəstək olan hər kəsə təşəkkür edib.
Milli komanda forması ilə 136 oyunda 58 dəfə fərqlənən Kavani, Luis Suarezdən sonra ölkəsində bütün zamanların ən çox qol vuran ikinci oyunçusudur.
Qeyd edək ki, Kavani 2011-ci ildə Uruqvay ilə Kopa Amerikanın qalibi olub.