Əfsanəvi baş məşqçinin heykəlindəki cinsi orqanın böyüklüyü maraqla qarşılandı

Argentinanın "River Pleyt" klubunun əfsanəvi baş məşqçisi Marselo Qalyardonun heykəli qoyulub.

Sportline.az xəbər verir ki, klubun stadionunun önündə qoyulan 8 metr hündürlüklü bürünc heykəlin cinsi orqanının böyüklüyü diqqət çəkib.

Bununla bağlı açıqlama verməyə məcbur olan heykəltaraş Mersedes Savall "Bunu bilərəkdən etdim. Heykəlin o hissəsinin böyüklüyü ilə subliminal mesaj ötürmək istədim" - deyə açıqlama verib.

Qeyd edək ki, "River Pleyt"in sabiq futbolçusu Marselo Qalyardo 2014-2022-ci illərdə komandanın süjanı arxasına keçib.

Banner