Əfsanəvi idmançı Azərbaycanda

Gürcüstanın əfsanəvi qadın şahmatçısı Nona Qaprindaşvili “Shusha Chess 2022" beynəlxalq turniri üçün Azərbaycana gəlib.

Sportline.az xəbər verir ki, qadınlar arasında sabiq dünya çempionu bu gün Şuşada keçiriləcək yarışın açılış mərasiminin fəxri qonağıdır.

Qeyd edək ki, "Shusha Chess 2022"yə sentyabrın 24-də yekun vurulacaq. Turnir Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunub.