Ekvador tarixi ərzində ikinci olimpiya qızılını qazanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında velosipedin şosse növündə qalib müəyyənləşib.

Sportline.az xəbər verir ki, Ekvador velosipedçisi Riçard Karapas finişə hamıdan tez çatıb.

6 saat 5 dəqiqə 26 saniyəlik nəticə göstərən idmançı ölkəsinin tarixinə ikinci olimpiya çempionu kimi düşüb. Ekvadora ilk olimpiya qızılını isə 1996-cı il Atlanta olimpiadasında Ceferson Peres qazandırıb. O, 20 km məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, velosipedin şosse növündə belçikalı Vout van Ert ikinci, sloveniyalı Tadey Poqaçar isə üçüncü olub. Bu gün mübarizəyə qoşulan Azərbaycan təmsilçisi Elçin Əsədov isə finişə 108 km qalmış çıxışını dayandırıb.