“Əl-Hilal” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu yay transfer pəncərəsində “Barselona”nın oyunçusu  Marc Kasado üçün ciddi cəhdlərini davam etdirir.

Sportline.az saytı “Marca” nəşrinin yaydığı məlumata görə, “Barselona” 22 yaşlı yarımmüdafiəçini satmağa açıqdır və təxminən 30 milyon avroluq təklifi qəbul etməyə hazırdır. Futbolçunun özü isə hələlik karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarında tam əmin deyil.  

Qeyd edək ki, Mark Kasadonun “Barselona” ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilədək qüvvədədir. İspaniyalı yarımmüdafiəçinin hazırkı transfer dəyəri 18 milyon avro təşkil edir.

Banner