"Əl Hilal" baş məşqçi ilə müqaviləni uzadıb
"Əl Hilal" baş məşqçi Jorje Jesusla yeni müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin yeni kontraktı 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Əl-Hilal” 69 yaşlı məşqçinin rəhbərliyi altında bu mövsüm Səudiyyə Ərəbistanı çempionu olub.Asiya Çempionlar Liqasında isə yarımfinalda mübarizəni dayandıırıb.