"Əl-Hilal" italiyalı mütəxəssisə göz qoydu
"Əl-Hilal" "İnter"in çalışdırıcısı Simone İnzagini komandanın sükanı arxasına gətirmək istəyir.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu İnzaginin meneceri ilə danışıqlar aparır.
49 yaşlı mütəxəssisin "İnter"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İnzagi 2021-ci ildən Milan klubunu çalışdırır.