"Əl-Hilal" Messinin transferini elan etməyə hazırlaşır

"Əl-Hilal" yaxın günlərdə Lionel Messinin transferini rəsmiləşdirməyə hazırlaşır.

Sportline.az Diario Sport nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu iyunun 6-da bunu bəyan edə bilər.

Bu gün PSJ-nin heyətində son matçına çıxacaq Messi də transferlə bağlı məsələni uzatmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Messinin qayıdığışına ümid bəsləyən "Barselona" hələlik ona rəsmi müqavilə təklif etməyib.