"Əl-Nassr" Ronaldo ilə müqaviləni uzatmaq niyyətindədir
"Əl-Nəssr" 39 yaşlı hücumçusu Kristiano Ronaldo ilə müqaviləni 2026-cı ilə qədər uzatmaq istəyir.
Sportline.az talkSPORT.com-a istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar prosesi iyunda başlayacaq.
"Əl-Nəssr" həmçinin portuqaliyalı ulduzun maaşını da artırmağı planlayır. Xatırladaq ki, Ronaldonun hazırki maaşı illik 200 milyon avrodur.
Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 44 oyunda 44 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında görə Ronaldonun hazırki transfer dəyəri 15 milyon avrodur.