Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi
Əlcəzair cüdoçusu Fathi Nurin (73 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış etməkdən imtina edib.
Sportline.az xəbər verir ki, buna 30 yaşlı idmançının 1/16 final mərhələsində İsrail təmsilçisi Tohar Butbul ilə güləşmək istəməməsi səbəb olub.
Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.
Qeyd edək ki, Fathi Nurin 2019-cu ildə də eyni səbəbdən dünya çempionatında iştirak etməyib.