Ələddin Əliyev: "2021-ci il Pauerliftinq Federasiyası üçün uğurlu oldu"

Azərbaycan Pauerliftinq Federasiyası 25 illik yubileyi ilə əlaqədar ilin yekunlarına dair tədbir keçirib.

Sportline.az xəbər verir ki, federasiyasının yeni açılmış idman bazasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib.

Tədbirdə federasiya rəsmiləri, idman ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev çıxışında il ərzində keçirilən yarışlar, qazanılan nailiyyətlərdən söz açıb, idmançıların çıxışlarını yüksək qiymətləndirib. Ardınca APF-nin baş katibi Hafiz Verdiyev federasiyanın builki hesabatını iştirakçıların diqqətinə çatdırıb.

İl ərzində yüksək fəaliyyətinə görə bir sıra məşqçilər və idmançılar, həmçinin 44 günlük Vətən Müharibəsində iştirak etmiş qazilər federasiya tərəfindən təltif olunublar.