Əli Cəbrayılov UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb
Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.
Sportline.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq.
Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.
Ə.Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.