Əliyar Ağayev I Divizionda

I divizionda V turun oyunları üçün hakim təyinatları açıqlanıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, FİFA referisi Əliyar Ağayev də aşağı dəstədə oyun idarə edəcək.

O, MOİK – “Turan Tovuz” qarşılaşmasına təyinat alıb. Ağayevlə yanaşı, Premyer Liqa hakimlərindən Ramil Diniyevlə Elvin Əsgərov da diviziona göndərilib.

I divizion
V tur

26 oktyabr (cümə axşamı)

15:00. “Ağsu” – “Mil-Muğan”
Hakimlər: Elgün Hüseynov, Nahid Əliyev, Elçin Əsədov, Nail Nağıyev
Ağsu şəhər stadionu

15:00. “Binə” – “Şüvəlan”
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Teymur Teymurov, Anar Göyçayski
Binə qəsəbə stadionu

15:00. “Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Hacıəli Ağayev, Əli Cəbrayılov, Vüsal Qənbərov, Kərim Kərimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

27 oktyabr (cümə)

15:00. MOİK – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Etibar Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. “Sabah” – “Xəzər”
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Vüqar Bayramov, Fərid Məmmədov
Binə qəsəbə stadionu