Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

Sportline.az xəbər verir ki, Məmmədov görüş zamanı FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.

Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak edib. Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.