"Empoli" 90+3-cü dəqiqədə vurduğu qolla liqada qaldı

İtaliya A Seriyasının son turunda "Empoli" mütləq qələbə hədəfi ilə çıxdığı oyunda "Roma" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, 1-1 davam edən görüşün 90+3-cü dəqiqəsində səhnəyə çıxan Mbaye Nianq komandasına qələbə (2-1) qazandıran qolu vurub və "Empoli" elitadakı yerini qoruyub.

Doğma meydanda "Udineze"yə məğlub olan "Frosinone" isə A Seriyasını tərk edən sonuncu komanda olub.

Qeyd edək ki, aşağı liqaya düşən digər 2 komanda "Sassuolo" və "Salernitana"dır.