Emreli yenə səfərə aparılmadı
Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"lə (Bolqarıstan) səfər oyununu buraxacaq.
Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, hücumçu belindəki ağrı səbəbindən Bolqarıstana aparılmayıb.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Xatırladaq ki, M.Emreli Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss etmişdi. O, sözügedən görüşdə komandasının 4-cü qolunun müəllifi olmuşdu.