"Emrelini qaytardım"

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Caciç Xorvatiya çempionatının IV turunda "Varazdin"ə qarşı keçirəcəkləri oyundan sonra fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, xorvat mütəxəssis 1:1 hesabıyla başa çatan görüşü belə şərh edib:

"Rəqibi təhlil etmişdik. Təhlükəli idilər, biz də önə keçə bilərdik. Qarşıda Çempionlar Liqasında "Ludoqorets"lə oyun var.

Çalışacağıq ki, ilk oyundakı üstünlüyümüzü qoruyaq. Mahir Emrelini qaytardım. Ondan əvvəl Şutala gəldi. Doğru yolda olduğumuza inanıram. Çempionlar Liqasının qruplarına qalmaq istəyirik. Konfrans Liqası bizi qane etməz".

Emreli "Varazdin"lə oyunun 46-cı dəqiqəsində meydana daxil olub.

Banner