Ən çox maaş alan hücumçular bəlli olub

Böyük Britaniyanın məşhur idman portalı GiveMeSport planetin ən çox maaş alan futbolçularının reytinqini təqdim edib.

Sportline.az xəbər verir ki, siyahıdakı ilk nömrə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur. Onun maaşı həftədə 3,231,230 funt sterlinqdir. 

İkinci yeri həftədə 1 milyon 607 min 211 funt sterlinq maaşla Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayan fransız Kərim Benzema tutur. 

İlk üçlüyü İspaniyanın "Barselona" komandasının polşalı hücumçusu Robert Levandovski tamamlayır - həftədə 538,484 funt sterlinq.

4-cü yerdə norveçli hücumçu Erlinq Haaland (həftədə 525.000 funt sterlinq), fransalı Kilian Mbappe isə 5-ci yerdədir (həftədə 502.253 funt sterlinq).