Ərəb klubları daha bir ulduzun ovuna çıxıblar

Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

Sportline.az tanınmış jurnalist Fabrisio Romanoya istinadən xəbər verir ki "Əl-Əhli" və "Əl-Şabab" 33 yaşlı hücumçunun transferinə hazırlaşır.

Hər iki klub bu məqsədlə "Çelsi"yə müraciət edib.

Futbolçunun özü isə, karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb. 

Qeyd edək ki, Obameyanqın 2024-cü ilin iyununadək "Çelsi" ilə müqaviləsi var.