Ərəblər dayanmırlar: bu dəfə Alleqri...
Massimiliano Alleqri bu yay iş yerini dəyişmək niyyətində deyil.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus"un baş məşqçisi Turin komandasında qalmaq niyyətindədir və bu gün artıq klubun idman rəhbərliyi ilə növbəti transfer pəncərəsi ilə bağlı planları müzakirə edib.
55 yaşlı italiyalı keçən həftə Səudiyyə Ərəbistanından olan klub nümayəndələri ilə görüşsə də, razılığa gəlməyib.
Alleqri 2021-ci ildən "Yuventus"u çalışdırır. Son mövsümdə komanda A Seriyasını 10 xaldan məhrum edərək 7-ci pillədə başa vurmuşdu.