Erik Kantonadan Aleks Fergüsona dəstək
“Mançester Yunayted” və Fransa millisinin sabiq futbolçusu Erik Kantona sərt açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir E.Kantona “Mançester Yunayted”in hazır ki, rəhbərliyini top atəşinə tutub. O öz “instaqram” hesabında paylaşdığı fotoda bu fikirləri qeyd edir;
“Sir Aleks Fergüson hər zaman mənim patronum olacaq. Hazır ki rəhbərliyi çuvalın içinə salıb tullamaq lazımdır”, deyə E.Kantona bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi Aleks Fergüsonu maliyyə səbəblərinə görə qlobal səfir və direktor vəzifəsindən azad edib.