Eriksen "Mançester Yunayted"i tərk edəcək
"Mançester Yunayted" danimarkalı futbolçusu Kristian Eriksenlə bağlı qərar verib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Eriksen mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq.
33 yaşlı futbolçu 2022-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur.
Qeyd edək ki, Eriksen bu mövsüm çıxış etdiyi 21 matçda 4 qol və 4 asistlə yadda qalıb.