Ermənistandan gələn təklifi rədd etdi
"Spartak"ın sabiq baş məşqçisi Dmitri Aleniçev karyerası ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o, "RİA Novosti Sport"a açıqlamasında Ermənistandan təklif aldığını bildirib:
"Karyeramı bitirməmişəm. Sadəcə daha yaxşı variantlar barədə düşünürəm. Müxtəlif təkliflərlə müraciət edirlər. Məsələn, bu yaxınlarda Ermənistandan təklif alsam da, qəbul etmədim".
Qeyd edək ki, Aleniçevin son iş yeri Rusiyanın "Yenisey" klubu olub.