"Ev oyunlarında daha yaxşı təsir bağışlayırıq" - Farer adalarının baş məşqçisi
"Azərbaycana qarşı əvvəlki matçlarda oynadığımız kimi oynayacağıq. Ev qarşılaşmalarımızda daha yaxşı oynayırıq. Bunu Maltaya 3:1 hesabı ilə qalib gəldiyimiz görüşdə göstərdik". SportLine.az xəbər verir ki, bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında Azərbaycanla matç öncəsi fikirlərini bildirərkən deyib.
Azərbaycanla görüşün çətin keçəcəyini deyən mütəxəssis, "Futbolçuların çoxunun həm fiziki, həm də psixoloji cəhətdən bu oyuna hazır olmalarına sevindim. İnanıram ki, rəqibin yaxşı səviyyəsinə baxmayaraq, qələbə qazanacağıq", - deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.