"Everton" - "Liverpul": Heyətlərdəki son durum

Bu gün İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınan Mersisayd derbisi keçiriləcək.

Sportline.az xəbər verir ki, "Everton" "Qudisson Park"da "Liverpul"la münasibətləri aydınlaşdıracaq.

"Liverpul"un heyətində əsas iki Co Qomezin adı ilə bağlıdır.

"Everton"da isə itkilərin sayı kifayət qədərdir. Şeymus Kolman, Dvayn Maknil, Orel Manqala, Armando Broya, Dominik Kalvert-Luyin və Yousef Çermiti zədə səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Everton" - "Liverpul" matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Oyunun ədalət təmsilçisi Maykl Oliver olacaq.