Evi qarət olunan futbolçu kimdir?

PSJ-nin qapıçısı Serxio Rikonun evi qarət edilib.

Sportline.az “L`Equipe”yə istinadən xəbər verir ki, hadisə Liqa 1-in 21-ci turunda “Monpelye” ilə matç zamanı baş verib. 27 yaşlı qolkiperin evindən 25 min avro nəğd pul, dəyərli zinət əşyaları, saatlar və s. oğurlanıb.

Qeyd edək ki, Serxio Riko ötən ildən PSJ-də çıxış edir.