"Eyüpspor" yunanıstanlı futbolçu ilə razılaşıb

Ötən mövsümü "Ankaragücü" klubunda keçirən Tasos Haciovanis karyerasını Super Liqanın debudantı "Eyüpspor"da davam etdirəcək.

Sportline.az İstanbul klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

Yunanıstan millisində də çıxış edən Tasos ötən mövsüm Super Liqada 33 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, təcrübləli yarımmüdafiəçi Türkiyə karyerasından əvvəl "Panatinaikos"da çıxış edib.