Əziz Yıldırım Mourinyo ilə görüşəcək

"Fənərbağça"da prezidentliyə namizəd Əziz Yıldırım Mourinyo ilə görüşmək üçün Londona gedəcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Yıldırım, iyunun 1-də "Uembli"də keçiriləcək Çempionlar Liqası finalını izlədikdən sonra Jose Mourinyo ilə görüş gercəkləşdirəcək.

Əziz Yıldırım Londona getməyəcəyi ilə bağlı xəbərləri təqzib edib.

"Bu gün sosial şəbəkələrdə Londona getməyəcəyim barədə yayılan xəbər yalandır. Konqres üzvlərimiz və azarkeşlərimizlə görüşlərimdə qeyd etdiyim kimi, şənbə günü Londona gedəcəyəm və Çempionlar Liqasının finalını izləyəcəm. Çıxışlarımda da qeyd etdiyim kimi,  daha sonra Joze Mourinyo ilə üzbəüz görüşəcəyəm. İctimaiyyətdən xahiş edirəm ki, mənim açıqlamalarımdan başqa yayılan manipulyasiya xarakterli xəbərlərə inanmasınlar" deyə Əziz Yıldırım açılamasında bildirib.

Qeyd edək ki, Fənərbağçada iyun ayında keçiriləcək  seçkilərində hazırki prezident Ali Koç ilə Əziz Yıldırım yarışacaq.