Farer adaları - Azərbaycan görüşünün hakimi əvəzləndi

UEFA Millətlər Liqasının III turunun Farer adaları - Azərbaycan görüşünün hakimlərindən biri əvəzlənib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əlavə köməkçi-hakim Vladislav Bezborodovun funksiyasını Sergey Lapoçkin yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüş Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadasına həvalə olunub. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.