Farer adaları Azərbaycanla oyun öncəsi itki ilə üzləşib

UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Farer adaları heyətlə bağlı problemlə üzləşib. SportLine.az xəbər verir ki, komandanın hücumçusu Yohan Suymun Edmundsson heyətdən çıxarılıb.

Farer adaları Futbol Federasiyasının yaydığı məlumata görə, Almaniyanın "Arminiya" klubunda çıxış edən futbolçu II Bundesliqa çərçivəsində "İnqolştadt"a qarşı görüşdə dizindən xəsarət alıb. Yığmanın baş məşqçisi Lars Olsen Edmundssonun əvəzinə düşərgəyə "B36 Torshavn"ın 21 yaşlı forvardı Maynhard Egilsson Olseni çağırıb.

Qeyd edək ki,Azərbaycan - Farer adaları matçı noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.