Farer adalarının start heyəti müəyyənləşdi

UEFA Millətlər Liqasının 3-cü turunda Azərbaycan seçməsini qəbul edəcək Farer adaları komandasının start heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, bu ölkənin futbol federasiyasının rəsmi saytı bildirib ki, ada təmsilçisi oyuna bu "11-lik"lə çıxacaq:

Qapıçı: Qunnar Nilsen

Müdafiəçilər: Qilli Syorensen, Atli Qreqersen, Odmar Feryo, Vilormur Davidsen

Yarımmüdafiəçilər: Yohan Edmundsson, Rene Yonsen, Hallur Hansson, Kay Bartalsstovu, Brandur Olsen

Hücumçu: Finnur Yustinussen

Qeyd edək ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.