Fatih Terimin son durumu açıqlandı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.

Sportline.az xəbər verir ki, 68 yaşlı mütəxəssis müalicəsinə evində davam edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Terim onurğasındakı yırtıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.