Djokoviç Federerlə bacarmadı

ATP seriyalı tennis turnirinin 3-cü günündə serbiyalı Novak Djokoviçlə isveçrəli Roje Federer qarşılaşıb. SportLine.az xəbər verir ki, Londonun "02 Arena"sında keçirilən görüşdə sevinən tərəf Federer olub. O, 77 dəqiqə davam edən mübarizənin yekununda 2:0 (7:5; 6:2) hesabı ilə qalib gəlib.

Günün ikinci matçında yaponiyalı Kei Nişikori çexiyalı Tomaş Berdıxla üz-üzə gəlib. Rəqibini 2:1 (7:5; 3:6; 6:3) hesabı ilə üstələyən Nişikori qrupda ilk qələbəsini qazanıb. Hər iki görüşündə məğlub olan Berdıx isə qrupun zirzəmisinə yuvarlanıb.