Fələstini dəstəkləyən futbolçu komandası ilə məşqlərə başlayır

İsraillə münaqişədə Fələstini dəstəklədiyi üçün məşqləri dayandırılan futbolçu Ənvər Əl Qazi hazırlıq prosesini bərpa edib.

Sprotline.az xəbər verir ki, bu barədə onun məxsus olduğu "Maynts" klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, futbolçu 13 gün əvvəl sosial şəbəkələrdə Fələstinə dəstək ifadə edən paylaşım edib. Bu yazı sonradan silinmişdi.