"Fənərbağça" brazilyalı futbolçunun xidmətində maraqlıdır

"Fənərbağça"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, MLS klubu "Sinsinati"nin brazilyalı futbolçusu Evander "Fənərbağça"nın transfer hədəfinə çevrilib.

Bu haqda "Fanatik" qəzeti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin dəyəri "Transfermarkt" portalına görə, 14 milyon avrodur.

Qeyd edək ki, Evander bu mövsüm meydana çıxdığı 29 matçda 19 qol 10 məhsuldar ötürmə müəllifi olub.