"Fənərbağça" brazilyalı ulduz üçün hərəkətə keçib
"Fənərbağça"nın yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Kazemiro "Fənərbağça"nın maraq dairəsinə düşüb.
Joze Mourinyo 32 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.
Qeyd edək ki, Kazemironun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 12 milyon avro olaraq qiymətləndirilir.
Kazemiro cari mövsüm çıxış etdiyi 24 matçda 3 qolla yadda qalıb.