“Fənərbağça” “Olimpiakos”la görüşə itkisiz çıxacaq

“Fənərbağça” klubu UEFA Konfrans Liqasının ¼ final mərhələsində “Olimpiakos”la oyuna itkisiz çıxacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  uzun müddətdir zədədən əziyyət çəkən Fred və İsmail Yüksek komandanın məşqlərinə qatılıb. Hazırda fiziki hazırlıq məşqləri keçən Coşua Kinqin də ¼ final görüşünə kimi hazır olacağı bildirilib. 

Braziliyalı yarımmüdafiəçi Fred də komandaya kömək edə biləcəyi üçün sevindiyini deyib. 

Qeyd edək ki, “Fənərbağça”-“Olimpiakos” görüşü aprel ayının  11-də, Bakı vaxtı ilə sat 20:45-də keçiriləcək.