"Fənərbağça"da futbol şöbəsinin keçmiş rəhbəri ölkə xaricində çalışa bilər

"Fənərbağça"nın keçmiş idarəçilərindən olan Səlahəddin Bakiyə İngiltərə və Belçikadan sürpriz təklif gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Səlahaddin Bakiyə Çempionşip komandası "Şeffild Yunayted" və "Belçika" liqası komandalarından "Beerşot"dan iş təklifi gəlib.

Adı çəkilən klublar türkiyəli idarəçiyə idman şöbəsini həvalə etməyi düşünürlər.

Qeyd edək ki, Baki "Fənərbağça"da çalışarkən Kim Min Je, Tadiç, Fred və Ceko kimi oyunçuların transferində böyük rol oynamışdı.