"Fənərbağça"dan ərəb klubuna

"Fənərbağça"nın futbolçusu Marsel Tisseran Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Konqolu yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2020-ci ilin sentyabrında Almaniya "Volfsburq"undan "Fənərbaxça"ya keçmişdi.