"Fənərbağça"nın ulduz futbolçusu milli heyətindən çıxarılıb
Türkiyə millisinin üzvü Çağlar Söyüncü zədə üzündən heyətdən kənarlaşdırılıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçi Super Liqanın son turunda keçirilən "Fənərbağça"-"İstanbulspor" oyununda ciddi zədə alıb.
Cağlar qış transfer pəncərəsində "Atletiko"dan "Fənərbağça"ya icarə əsasında keçib.
Qeyd edək ki, Türkiyə millisi AVRO 2024-də Portuqaliya, Çexiya və Gürcüstan ilə birgə F qrupunda mübarizə aparacaq.