Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” layihəsinin iştirakçılarının sayının artması sevindirici haldır"

“Üzgüçülük hamı üçün” layihəsinin iştirakçılarının sayının artması sevindirici haldır".

Sportline.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasiminin ardından jurnalistlərə açıqlamasında yarışın keçirilməsinin əhəmiyyətindən danışıb:

"Artıq yarış ikinci ildir ki, baş tutur. Sevindirici haldır ki, iştirakçıların sayı artmaqdadır. Bu, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin doğru yolda addımladığını göstərir. Bundan başqa, hər il ölkədə üzgüçülük yarışlarının keçirilməsi üçün yeni hovuzlar istifadəyə verilir. Hazırkı yarışda final mərhələsi keçirilir. Bildiyiniz kimi, yarışa sabah yekun vurulacaq. Burada müxtəlif yaş qruplarından olan qadın və kişi üzgüçülər qalib adı uğrunda mübarizə aparırlar".

Qeyd edək ki, bu gün Bakı Su İdmanı Sarayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Yarışa sabah yekun vurulacaq.