Fernandeş ata-anasını itirmiş yeniyetməni belə sevindirdi

Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeş yeniyetmə azarkeşi sevindirib.

Sportline.az xəbər verir ki, o, DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində baş tutan Portuqaliya - Türkiyə oyunundan (3:1) sonra futbolkasını ata-anasını itirmiş tərəfdara - Enrike Keyruşa hədiyyə edib.

Belə ki, matç ərəfəsində ölkəsinin "Sanjuanense" klubunun da fanatı olan Enrikenin bu görüşü canlı izləyəcəyini öyrənən futbolçu onunla görüşmək istəyən azarkeşə verdiyi sözü tutub. 

Banner